“Rza Zərrabı tanımıram” - Sabiq merdən iddialara cavab

“Rza Zərrabı tanımıram” - Sabiq merdən iddialara cavab
  27 Noyabr 2017    Oxunub:1711
Ankaranın sabiq meri Melih Gökçek özü və oğlu Osman Gökçekin adının “Rza Zərrab” olayı ilə əlaqələndirilməsinə sərt reaksiya verib.
AzVision.az xəbər verir ki, M.Gökçek bu məsələdə adını hallandıranları məhkəməyə verəcəyini açıqlayıb.

“Rza Zərrabı nə mən, nə də oğlum tanıyır. Həyatda bir dəfə olsun onunla danışmamışıq. Bu məsələdə adımızı hallandıranlara xəbərdarlıq edirəm. Yaxalarını buraxan namərddir”, - deyə M.Gökçek bildirib.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Rza-Zərrab  





Xəbər lenti