Rusiyanın Azərbaycandakı yeni səfirinin adı açıqlandı
Politoloqun fikrincə, Azərbaycana gələcək yeni səfir nisbətən müəmmalı şəxsdir: "Rusiyanın Azərbaycandakı yeni səfirinin ismi bu ilin iyulun əvvəlində bəll olub. Rusiya Dövlət Duması elə həmin tarixdə Azərbaycanda yeni səfirin namizədliyini təsdiqləyib. Yeni səfir Georgi Zuyevdir. O, Azərbaycana səfir təyin olunana qədər Rusiya Xarici İşlər Nazirliyinin kadrlar departamentinin direktor müavini vəzifəsində çalışıb.
Məndə olan məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sonuncu dəfə Bakıda olarkən yeni səfirin təyinatına toxunub. Bakı Doroxindən razı idi. Ancaq Zuyevlə bağlı ziddiyətli informasiyalar var.
Birincisi, Zuyevin Rusiya kəşfiyyatına bağlı olduğuna dair müxtəlif xəbərlər yayılıb. İkincisi, necə ki, Sergey Lavrov Qarabağ münaqişəsinin həllinə soyuq yanaşır, yeni səfirin də eyni mövqedə olduğuna dair məlumatlar mövcuddur. Zuyev Moskvanın xarici siyasətindəki yeni tələb və istəkləri Bakıya daha intensiv şəkildə çatdıracaq".
AzVision.az
Teqlər: Rusiya Səfir Elxan-Şahinoğlu