Ərdoğanı devirmək istəyən iş adamı tutuldu

Ərdoğanı devirmək istəyən iş adamı tutuldu
  28 Noyabr 2017    Oxunub:1840
Ötən il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edən FETÖ təşkilatının “kassası” kimi tanınan iş adamı Məmduh Çıxmaz saxlanılıb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o, Milli İstihbarat Təşkilatının (MİT) keçirdiyi xüsusi əməliyyat zamanı Sudanda ələ keçirilib.

Məmduh Çıxmaz bu gün səhər saatlarında Türkiyəyə gətirilib.

Qeyd edək ki, M.Çıxmaz FETÖ-yə dəstək verən iş adamlarından olub və zamanla təşkilatın əsas pul kassasına, həmçinin, maliyyə axınlarına nəzarət edib.

AzVision.az


Teqlər: FETÖ  





Xəbər lenti