Türkiyə ordusu Afrində hərbi əməliyyatlara başlayır

Türkiyə ordusu Afrində hərbi əməliyyatlara başlayır
  28 Noyabr 2017    Oxunub:1750
Türkiyə ordusu Suriyanın Afrin şəhərində hərbi əməliyyatlara başlaya bilər.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Nurəddin Canikli bəyan edib.

Nazirin sözlərinə görə, hərbi əməliyyatların ən qısa zamanda başlayacağı istisna edilmir.

“Bu, sabah, yaxud daha tez baş verə bilər”, -deyə nazir jurnalistlərin suallarını cavablandıran deyib.

Qeyd edək ki, Afrində əməliyyatlar PKK terror təşkilatının Suriyadakı PYD qoluna qarşı yönəlib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da əməliyyatların başlayacağını istisna etməyib.

AzVision.az


Teqlər: Türkiyə   Suriya   Afrin  





Xəbər lenti