Misirdəki terrorda ölü sayı 310-a çatıb

Misirdəki terrorda ölü sayı 310-a çatıb
  28 Noyabr 2017    Oxunub:1132
Misirin Sinay yarımadasında terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 310 nəfərə çatıb.
"Anadolu" agentliyinin məlumatına görə, bu barədə Şimal Sinay Səhiyyə İşləri İdarəsindən bildirilib.

Bundan əvvəl Misir Baş Prokurorluğunun məlumatında 27-si uşaq olmaqla 305 nəfərin öldüyü, 130-a yaxın insanın isə yaralandığı deyilirdi.

Baş prokurorluğun məlumatına görə, noyabrın 24-də İŞİD tərəfindən təşkil edilən hücumda 25-30 silahlı iştirak edib.

AzVision.az


Teqlər: Misir   Məscid   Terror  





Xəbər lenti