“Telman İsmayılova dedim ki, bazarı bağla” - Yuri Lujkov

“Telman İsmayılova dedim ki, bazarı bağla” - Yuri Lujkov
  28 Noyabr 2017    Oxunub:6842
Moskvanın sabiq meri Yuri Lujkov bəyan edib ki, biznesmen Telman İsmayılova "Çerkizov" bazarının bağlanılmasını təklif edib.

AzVision.az-ın “iz.ru”-ya istinadən verdiyi xəbərə görə, Lujkov etiraf edib ki, İsmayılovun qiyabi olaraq həbs olunmasına baxmayaraq, onu özünə dost hesab edir.
Sabiq merin sözlərinə görə, o, özü də "Çerkizov"u sevməyib, bazarın dəhşətli olması, onu bağlamağın vacibliyi barədə İsmayılova bildirib: “Lakin ona bunu etməyə imkan vermədilər, sənin işin deyil dedilər”

Qeyd edək ki, noyabrın 11-də Moskvanın Basmannı məhkəməsi Azərbaycan əsilli biznesmen Telman İsmayılovu qiyabi olaraq həbs edib.

İsmayılovun vəkilinin sözlərinə görə, biznesmen iki və daha artıq qətlin təşkilində, həmçinin qeyri-qanuni silah ticarətində günahlandırılır. İsmayılov beynəlxalq axtarışa verilib. Vəkil hökmün oktyabrın 30-da verildiyini açıqlayıb. İsmayılov artıq hökmdən apellyasiya şikayəti verib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya.Lujkov   Telman-İsmayılov  





Xəbər lenti