Deputat Putinin geri çağırdığı səfiri təriflədi

Deputat Putinin geri çağırdığı səfiri təriflədi
  28 Noyabr 2017    Oxunub:2397
Xəbər verdiyimiz kimi, ötən gün Rusiya prezidenti Vladimir Putin bu ölkənin Azərbaycandakı səfiri Vladimir Doroxinin geri çağırılması haqda sərəncam imzalayıb. Yeni səfirin kim olacağı rəsmi şəkildə açıqlanmasa da, bununla bağlı müxtəlif fikirlər səsləndirilir.
İddialara görə, Rusiyanın yeni səfiri Georgi Zuyevdir. Rusiya Xarici İşlər Nazirliyinin kadrlar departamentinin direktor müavini vəzifəsində çalışan Zuyevin Qarabağ məsələsində mövqeyinin ziddiyyətli olduğu deyilir.

Millət vəkili, politoloq Rasim Musabəyov məsələ ilə bağlı AzVision.az-a açıqlamasında bildirib ki, hələlik yeni səfirlə bağlı fikir bildirmək tezdir, rəsmi məlumatı gözləmək lazımdır.

Deputat geri çağırılan Doroxinin fəaliyyətini isə yüksək qiymətləndirib: “Vladimir Doroxin çox pozitiv fəaliyyəti ilə yadda qaldı. O, ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün xidmət edib. Doroxinin diplomatik fəaliyyəti haqqında ancaq müsbət fikirlər söyləmək olar. Adətən səfirlərin fəaliyyəti 5 ildən çox olmur, amma Doroxin 8 il işlədi. Onun gördüyü işləri yüksək qiymətləndirirəm”.

Qeyd edək ki, V.Doroxin 2009-cu ilin fevral ayının 24-dən Azərbaycanda səfir vəzifəsini icra edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Rasim-Musabəyov   Doroxin   Rusiya   Səfir  





Xəbər lenti