Oskanyan siyasətdən birdəfəlik gedib

Oskanyan siyasətdən birdəfəlik gedib
  28 Noyabr 2017    Oxunub:1582
Ermənistana qayıdan keçmiş xarici işlər naziri, "ORO" ittifaqının nümayəndəsi Vardan Oskanyan siyasət səhifəsini birdəfəlik bağlayıb.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Oskanyanın artıq müxalif "ORO" ittifaqı ilə heç bir əlaqəsi yoxdur.
O, Ermənistana şəxsi işləri ilə əlaqədar geri qayıdıb. Sabiq nazirin siyasətdən kənarlaşaraq, kitab yazdığı bildirilir.

İddia edilir ki, Oskanyanın Ermənistanla Avropa İttifaqı arasında əldə edilən razılaşma ərəfəsində geri qayıtması təsadüf deyil. Onun ölkəsinə gerçəkdən hansı məqsədlə qayıtmasının səbəbi bilinmir.

Oskanyan ona zəng edən jurnalistlərə Ermənistanda olduğunu təsdiqləsə də, digər sualları cavablandırmaq istəməyib.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Oskanyan  





Xəbər lenti