Samvel Babayana 6 il həbs cəzası verildi

Samvel Babayana 6 il həbs cəzası verildi
  28 Noyabr 2017    Oxunub:1598
Qarabağ separatçılarının sabiq komandiri Samvel Babayan 6 il müddətinə azadlıqdan məhrum edilib.
AzVision.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu gün keçirilən məhkəmədə prokuror Samvel Babayanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə isə onun barəsində 6 il həbs qərarı çıxarıb.

Xatırladaq ki, Samvel Babayan martın 20-da Ermənistana "İqla" zenit raket kompleksinin gətirilməsi faktına görə ittiham edilərək həbs olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Samvel-Babayan   Həbs  





Xəbər lenti