Yeni prezident ilk xarici səfərini Rusiyaya edəcək

Yeni prezident ilk xarici səfərini Rusiyaya edəcək
  28 Noyabr 2017    Oxunub:1912
Qırğızıstanın yeni prezidenti Sooronbay Jeenbekov ilk xarici səfərini Rusiyaya edəcək.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Qırğızıstanın Prezident Aparatının xarici əlaqələr bölməsinin rəhbəri Ayzada Subakojoeva bildirib.
“Noyabrın 29-da Qırğızıstan prezidenti Jeenbekov ölkə başçısı kimi ilk xarici səfərini Rusiya Federasiyasına edəcək. Səfər Rusiya tərəfinin dəvəti əsasında baş tutacaq”, - deyə dövlət rəsmisi vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Qırğızıstan   Rusiya  





Xəbər lenti