3033 mühacir Aralıq dənizində batıb

  28 Noyabr 2017    Oxunub : 644
3033 mühacir Aralıq dənizində batıb

2017-ci ildə Avropa sahillərinə can atan azı 3033 qeyri-leqal mühacir və qaçqın Aralıq dənizində bataraq həlak olub.

Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı (The International Organization for Migration, IOM) məlumat yayıb.

“İllərlə bu barədə danışmışıq və danışmağa davam edirik: bu faciəvi statistikanı qeydə almaq yetərsizdir. Biz fəaliyyətə başlamalıyıq”, - deyə təşkilatın Baş direktoru Uilyam Leysi Svinq qeyd edib.

Bununla yanaşı, 2017-ci ildə ölüm halları 2016-cı ilə nisbətən 40 faiz azalıb. Ötən il Aralıq dənizində 5 min ölüm faktı qeydə alınmışdı.

AzVision.az

Teqlər: Avropa   Mühacir