Ərdoğan müxalifət liderini məhkəməyə verir

Ərdoğan müxalifət liderini məhkəməyə verir
  29 Noyabr 2017    Oxunub:1660
Cümhuriyyət Xalq Partiyasının lideri (CHP) Kamal Kılıçdaroğlunun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı korrupsiyada ittiham etməsi və onun xarici bankda hesabının olması haqda iddialarına baş nazirin müavini Bəkir Bozdağ münasibət bildirib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Bozdağ açıqlamasında CHP liderinin dediklərini tamamilə yalanlayıb, Kılıçdaroğlunun göstərdiyi sənədlərin saxta olduğunu deyib.

Baş nazirin müavini müxalif liderin məhkəməyə veriləcəyini bəyan edib.

"Əminliklə bildirirəm ki, prezident Ərdoğan və ailəsinin xaricdə hər hansı bank hesabı yoxdur. Kılıçdaroğlunun dedikləri cənab prezidentə və onun ailəsinə qarşı iftiradır. O, buna görə məhkəmə qarşısında cavab verməli olacaq" , - deyə Bozdağ vurğulayıb.

Ərdoğan isə bəyan edib ki, Kılıçdaroğlu dediklərini sübut etsə, vəzifəsindən istefa verəcək.

"Ərdoğanın xarici bankda hesabının olduğunu sübut edin, əgər bunu edə bilmirsinizsə, siyasətdən rədd olun. Əgər sübut etsəniz, mən həm prezident postumu, həm də siyasəti tərk edəcəyəm", — deyə Ərdoğan qeyd edib.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   CHP  





Xəbər lenti