Ermənistanda kredit təşkilatına silahlı basqın olub

Ermənistanda kredit təşkilatına silahlı basqın olub
  29 Noyabr 2017    Oxunub:1628
Dünən saat 19:00 radələrində Ermənistanda naməlum şəxs tərəfindən kredit təşkilatlarından birinin ofisinə silahlı basqın edilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cinayətkar hadisə yerindən qaçıb. Ermənistan polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi Edqar Canoyan faktı təsdiqləyib.

Bildirilib ki, cinayətkar şəxs silahlı olub, Varks.am-ın bölməsinə daxil olaraq 250 min erməni dramı ələ keçirib və ərazidən uzaqlaşıb.

Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Basqın  





Xəbər lenti