Rusiya Ermənistandakı səfirini dəyişir

Rusiya Ermənistandakı səfirini dəyişir
  29 Noyabr 2017    Oxunub:1534
Rusiya 5 ildir ki, Ermənistanda fövqəladə və səlahiyyətli səfir kimi çalışan diplomat İvan Volınkini yeni səfirlə əvəz etmək barədə düşünür.

AzVision.az Ermənistanın “Joqovurd” qəzetinə istinadən xəbər verir ki, yeni səfir 2018-ci ilin mart ayına qədər təyin olunacaq.
Bildirilib ki, martın 22-də İvan Volınkinin Ermənistanda səfir kimi çalışmasının 5 il tamam olacaq: “Rəsmi Moskva səfiri ya 3, ya da 5 illik müddətə təyin edir və sonra yenisi ilə əvəzləyir”.

Qəzet yeni səfirin kim olacağı haqda məlumat verilmədiyini vurğulayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   Səfir  





Xəbər lenti