Azərbaycanlı körpənin cəsədini İranda girov saxlayıblar
Bu barədə “Azadlıq”a məlumat verən körpənin atası Nazir Məmmədəli bildirib ki, 50 gündür, Təbriz şəhərindədilər: “Xəstəxana rəsmiləri bizdən 8 min manat tələb edir. Pasportlarımızı da əlimizdən alıblar. Deyirlər ki, pulu ödəyin, sonra meyiti götürün. Biz bu barədə konsulluğa da müraciət etmişik. Onların cavabı bu oldu ki, bazar ertəsi iş günüdür. Həmin gün konsulluğa gələk”.
Teqlər: