Trampın qızının 15 yaşlı Reyhanla FOTOSU

Trampın qızının 15 yaşlı Reyhanla FOTOSU
  29 Noyabr 2017    Oxunub:11338
Ötən gün xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp azərbaycanlı Reyhan Camalovanın nailiyyətini təqdir edib.
İvanka Trampın 15 yaşlı Reyhanı dəstəkləyərək onunla bağlı müsbət fikirlər səsləndirib: “Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – “Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm”.

Qeyd edək ki, Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitdə akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (İstək liseyi) 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova ixtirası ilə qatılıb və böyük uğura imza atıb.

AzVision.az İvanka Trampla azərbaycanlı ixtiraçı Reyhanın fotosunu təqdim edir:





Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: İvanka-Tramp   Reyhan  





Xəbər lenti