Məhkəmədə zəhər içən general öldü - Yenilənib (VİDEO)

Məhkəmədə zəhər içən general öldü - Yenilənib (VİDEO)
  29 Noyabr 2017    Oxunub:3499
Haaqada Beynəlxalq Tribunalın apellyasiya komissiyasının keçmiş Yuqoslaviya üzrə iclasında qərar açıqlandıqdan sonra zəhər içən xorvat general Slobodan Pralyak ölüb.
***
(16:40)

72 yaşlı sabiq xorvatiyalı general Slobodan Pralijak məhkəmə zalında zəhər içərək intihara cəhd edib.

AzVision.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, hadisə keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Məhkəməsində (ICTY) davam etdirilən "Prliç və digərləri" işinin kassasiya prosesində baş verib.

Pralijakın vəkili bildirib ki, hüquqlarını müdafiə etdiyi general zəhər içərək intihara cəhd edib. Sabiq general ona verilən 20 il həbs cəzasına etiraz olaraq zəhər içib.



Kənan Məmmədov
AzVision.az


Teqlər: General   Məhkəmə  





Xəbər lenti