Aydın Hüseynov :`Cəmil Həsənli səs-küy qaldırmaqla...`

Aydın Hüseynov :`Cəmil Həsənli səs-küy qaldırmaqla...`
  23 Sentyabr 2013    Oxunub:3303
`Milli Şura məğlubiyyətini seçki qanunvericiliyini pozmaqla ört-basdır etməyə çalışır`.
Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, ölkədə aparılmış sosioloji sorğular, respublikamızın real mənzərəsi radikal müxalifətin namizədi Cəmil Həsənlinin seçkilərdə uğur qazanmayacağını əvvəlcədən isbatlamışdı:
"Ona görə də, Cəmil Həsənli bu gündən qanunları pozmaq bahasına olsa da, səs-küy qaldırmaqla, Azərbaycanın siyasi mədəniyyətinə yad elementlər nümayiş etdirməklə, milli-mənəvi dəyərləri tapdalamaqla, ən nəhayət, ölkə vətəndaşlarını təhqir etməklə öz məğlubiyyətini kompensasiya etməyə çalışır. Eyni zamanda, o, xarici havadarlarının
dəstəyil ölkədə qarışıqlıq yaratmaq üçün siyasi-hüquqi bəhanə formalaşdırmağa cəhd göstərir. Lakin MSK onun bu hərəkətlərinə hüquqi qiymət verdi".

Hüseynov xüsusi bir məqama da diqqət şəkib.

"Azərbaycanda demokratik seçkilərin keçirildiyi bir şəraitdə bəzi beynəlxalq müşahidəçilər qeyri-obyektiv hesabatlar hazırlamaqla, indidən seçkilərin nəticələrinə kölgə salmağa cəhd göstərirlər. Müsbət vəziyyəti qeyd etmək istəmirlər. Guya hüquqi və obyektiv monitorinq aparırlar. Lakin Cəmil Həsənlinin Seçki Məcəlləsinin tələblərini pozmasına göz yumurlar. Nə üçün? Düşünürəm ki, Cəmil Həsənliyə qanunu pozmaq üçün verilmiş "dopinq"in təsiri tezliklə bitəcək və daxili-xarici anti-milli ünsürlər istəklərinə çata bilməyəcəklər" - deyə Hüseynov əlavə edib.(Trend)


Teqlər:





Xəbər lenti