Şahzadə 1 milyard dollara azadlığa çıxdı

  29 Noyabr 2017    Oxunub : 347
Şahzadə 1 milyard dollara azadlığa çıxdı

Səudiyyə Ərəbistanında şahzadə Miteb bin Abdullah hökumətə 1 milyard dollar ödədikdən sonra həbsdən azad edilib.

AzVision.az “Financial Times” qəzetinən istinadla xəbər verir ki, antikorrupsiya təhqiqatı üzrə fiqurantlardan biri olan 64 yaşlı Miteb bin Abdullah varis şahzadəsinin yaxın qohumudur. Əvvəllər o, kral taxtına əsas namizədlərdən biri sayılırdı.

Həmçinin korrupsiyaya qarşı mübarizə çərçivəsində həbs olunan daha üç nəfər də xeyli vəsait ödəyərək hökumətlə razılığa gələ bilib. Bəzi hallarda hökumət şübhəlilərdən varidatlarının 70 faizini tələb edir.

AzVision.az

Teqlər: Səudiyyə-Ərəbistanı   Şahzadə