Şimali Koreyanın yeni raketi Vaşinqtona çata bilər

Şimali Koreyanın yeni raketi Vaşinqtona çata bilər
  30 Noyabr 2017    Oxunub:1763
Şimali Koreya noyabrın 29-da “Hwasong 15” adlı yeni qitələrarası ballistik raketin Yaponiyanın ərazi suları ərazisində buraxılmasının nəticələrini açıqlayıb və bununla da ABŞ və region ölkələri ilə münasibətlərdə gərginliyi daha da artırıb.
Şimali Koreya Milli Televiziyasının məlumatında deyilir ki, “Hwasong 15” ABŞ-ın materik hissəsinin istənilən nöqtəsinə, o cümlədən paytaxt Vaşinqtona çata bilər.

“Hwasong 15” 50 dəqiqəlik uçuş zamanı 4500 metrdən çox yüksəklik əldə edib. Bu, 2017-ci ildə Şimali Koreyaya məxsus qitələrarası ballistik raketin üçüncü sınağı və buraxılan 15-ci ballistik raket olub.

Pentaqonun mətbuat xidmətinin nümayəndəsi, polkovnik Robert Manninqin bəyanatında deyilir ki, raket Şimali Koreyanın Sayn-Ni rayonundan buraxılıb, 1000 kilometrə qədər məsafə qət edib və Yaponiyaya məxsus azad iqtisadi zonada Yapon dənizinə düşüb. Müdafiə Nazirliyindən onu da bildiriblər ki, raket Şimali Amerika ərazisi və ABŞ-ın müttəfiqləri üçün heç bir təhlükə yaratmayıb.

ABŞ Prezidenti Donald Tramp ballistik raketin buraxılmasına münasibət bildirərək deyib: “Biz bu işə əncam çəkərik... Biz bu vəziyyətin öhdəsindən gələrik”. (AzərTAc)

AzVision.az


Teqlər: Şimali-Koreya   ABŞ   Raket  





Xəbər lenti