Deputatdan Rza Zərrabla bağlı sensasion iddia

Deputatdan Rza Zərrabla bağlı sensasion iddia
  30 Noyabr 2017    Oxunub:2593
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan seçilən deputatı Burhan Kuzu Amerikada həbs edilən iş adamı Rza Zərrabla bağlı sensasion sayıla biləcək iddia irəli sürüb.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, AKP-li deputat Rza Zərrabın əvvəldən Amerikanın məxfi agenti olduğunu diqqətə çatdırıb.

"CNN Türk" televiziyasının qonağı olan B.Kuzu Zərrabın birdən-birə ittihamları qəbul etməsinin müəmmalı və qeyri-səmimi olduğunu deyib. Millət vəkilinin iddiasına görə, Zərrab ABŞ-ın agenti olub.

O, hesab edir ki, Tramp Rza Zərrab işi ilə Türkiyəyə təzyiq etməyə və bu yolla pul qoparmağa çalışır.

Bundan əlavə Rza Zərrabın ABŞ ədliyyəsi ilə anlaşdığı deyilir. Məlumata görə, iş adamı məhkəmədə şübhəli şəxs kimi yox, şahid kimi ifadə verəcək. O, iş ortaqlarının əleyhinə ifadələr verməyə razılaşıb.

Xatırladaq ki, Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

AzVision.az


Teqlər: Rza-Zərrab  





Xəbər lenti