Mitinqdə jurnalistlərlə bağlı insident qeydə alınmayıb
MŞ-nin mitinq müddətində “qaynar xətt” rejimində fəaliyyət göstərən (055) 2019926 və (012) 4086275 telefon nömrələrinə də prosesi işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələrindən məlumat daxil olmayıb.
Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb.
Qeyd edək ki, Mətbuat Şurası seçki kampaniyası müddətində kütləvi toplantıların daha çox keçirilmə ehtimalını, aksiyaları işıqlandıran jurnalistlərin təhlükəsizliyini təmin etmək, mövcud istiqamətdə yarana biləcək problemlərin operativ aradan qaldırılmasına kömək göstərməyin zəruriliyini nəzərə alaraq Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının tərkibini artırıb. Şuranın daxili işlər naziri cənab Ramil Usubova müraciətindən sonra Daimi Komissiyanın işinə bu dövlət orqanından daha iki nümayəndə cəlb olunub.
Teqlər: