Mövlud Çavuşoğlu Bakıya gəldi - FOTO

Mövlud Çavuşoğlu Bakıya gəldi - FOTO
  30 Noyabr 2017    Oxunub:2009
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlib.

AzVision.az xəbər verir ki, bu barədə Çavuşoğlu "Tvitter" hesabında yazıb.
XİN rəhbərini hava limanında Türkiyənin Bakıdakı səfiri Erkan Özoral və digər şəxslər qarşılayıb.

Qeyd edək ki, sabah Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri Mevlud Çavuşoğlu və Pakistan İslam Respublikasının xarici işlər naziri Havaca Məhəmməd Asifin iştirakı ilə Azərbaycan - Türkiyə - Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək.

Çavuşoğlu, həmçinin "Asiyanın ürəyi-İstanbul prosesi"nin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.



AzVision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu  





Xəbər lenti