Sarkisyan Rusiya TV-sində “gəzəyən qadına” bənzədildi - VİDEO

  29 Noyabr 2017    Oxunub : 11608
Sarkisyan Rusiya TV-sində “gəzəyən qadına” bənzədildi - VİDEO

Rusiyanın NTV telekanalının "Görüş yeri" ("Mesta vstreçi") proqramında Ermənistanın Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirəyə çıxarılıb.

Proqramda Ermənistanın guya müstəqil olduğunu göstərmək istədiyi vurğulanıb. Müzakirə zamanı Ermənistanla bağlı kəskin fikirlər səsləndirilib. Hətta bu ölkə "gəzəyən qızla" müqayisə olunub.

Öncədən planlı formada hazırlanan proqramda faktlar təqdim olunub. Aparıcılar Rusiyanı Ermənistanın təhlükəsizlik qarantı adlandırıblar. Qeyd olunub ki, Ermənistan iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir.



Emənistanla Rusiyanın ticarət dövriyyəsi 1 milyard, birbaşa investisiyaları isə 4 milyard dollar təşkil edir. Proqrama dəvət olunan ekspertlər isə Ermənistan barədə sərt fikirlər səsləndiriblər. Məsələn, politoloq Oleq Barabanov bildirib ki, Ermənistan Avropaya gərək deyil: "Burada məsələ sadədir- Avropa İttifaqında yaranmış çata Rusiya tərəfindən kiminsə daxil edilməsi. Məsələ Avropaya yox, Ermənistana aiddir. Avropa İttifaqı həmişə bizim işimizə yarayıb, bundan sonra da yarayacaq. Sualları Ermənistana vermək lazımdır. Ermənistan 2013-cü ildə Avrasiya İttifaqı və Avropa İttifaqı arasında seçim edə bilərdi. O vaxt Ermənistan Avrasiya İttifaqını seçdi, indi isə Ermənistan azad deyil. Ermənistan bizim Gömrük İttifaqının üzvüdür. İttifaq çərçivəsində sərhədlər yoxdur və Ermənistan troya atına çevrilib"- o deyib.

Proqramda erməni ekspertlər gülüş obyektinə çevrilib. Aparıcı Olqa Belova Ermənistanın ünvanına tikanlı atmaca atıb. Ermənistan "gəzəyən qıza, ərinə xəyanət edən qadına" bənzədilib.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Ermənistanla Rusiya arasıda münasibətlərin faktiki korlandığını deyib: "İrəvanda Rusiyaya qarşı iradlar var ki, Moskva pulu az verir. Bizdə Njde məsələsi ilə bağlı konflikt də var, o, Hitlerin tərəfdaşıdır. Ermənistanda isə onu qəhrəman elan edib heykəl qoyurlar. Onu qəhrəman elan edirlər. Njde nasist cinayətkarıdır. Üstəlik, ermənilər Rusiyanın daxili işlərinə də qarışırlar, təzyiq edirlər ki, Rusiya kanalları niyə Njde haqda cinayətkar xəbərlər verir".

Bundan əlavə, müzakirələrdə Dağlıq Qarabağ müharibəsinə də diqqət çəkilib. Müharibə təhlükəsinin davam etdiyi bildirilib.

Aparıcılar Ermənistan- Azərbaycan münasibətlərinin tarixi haqda videoçarx təqdim edərək, Ermənistanın torpaq iddiaları, atəşkəs razılaşması- Bişkek protokolu, aprel döyüşlərində Ermənistanın rüsvayçı vəziyyətinə dair faktlar da nümayiş etdirilib.

Sonda aparıcılar bildiriblər ki, Ermənistanın sarsaq oyununa Rusiya soyuqqanlı şəkildə tamaşa edir. Rəsmi İrəvandan Rusiya ilə Avropa İttifaqı arasında seçim etmək hələ ki, tələb olunmur. (Xəzər TV)

AzVision.az

Teqlər: Rusiya   TV   Sarkisyan