İranlı nazir Bakıya Romadan gələcək

İranlı nazir Bakıya Romadan gələcək
  30 Noyabr 2017    Oxunub:1102
İranın xarici işlər naziri (XİN) Məhəmməd Cavad Zərif cümə günü Azərbaycana səfər edəcək.
AzVision.az "Mehrnews"-a istinadən xəbər verir ki, XİN rəhbəri Bakı səfərindən öncə İtaliyaya yollanacaq. Zərif Romada Aralıq Dənizi Konfransında iştirak edəcək, dekabrın 1-də isə Bakıya yola düşəcək.

Qeyd edək ki, Zərif Bakıda keçiriləcək "Asiyanın ürəyi-İstanbul prosesi" adlı konfransa qatılacaq.

AzVision.az


Teqlər: İran   XİN   Zərif  





Xəbər lenti