“Prezidentlikdən getməyə hazıram” - Ərdoğan

“Prezidentlikdən getməyə hazıram” - Ərdoğan
  30 Noyabr 2017    Oxunub:3075
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu korrupsiyada ittiham edən və xarici bankda hesabının olduğu söyləyən müxalif Cümhuriyyət Xalq Partiyasının lideri (CHP) Kamal Kılıçdaroğlunu məhkəməyə verəcək.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ərdoğan açıqlamasında bildirib.

Partiya sədrinin sözlərindən qəzəblənən Prezident Kılıçdaroğlundan haqqında səsləndirdiyi fikirlərin sübutunu tələb edib.

"Xaricdə bir şirkətə milyonlar göndərdiyimizi dedilər. Hansı ki xaricdə bir kuruşumuz belə yoxdur. Bu, haqqımızda səslənən ilk yalan deyil. Bunun adı ana müxalifət deyil, xəyanətdir. Yenə deyirəm, sübut edin, prezidentlikdən getməyə hazıram. Amma sən də CHP-nin, millətin başına bəla olmaqdan çəkil"- deyə Ərdoğan vurğulayıb.

AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   CHP   Kılıçdaroğlu  





Xəbər lenti