Xaçmazda göldən avtomobil və çürümüş meyit tapıldı

Xaçmazda göldən avtomobil və çürümüş meyit tapıldı
  23 Sentyabr 2013    Oxunub:3001
Bakı-Quba yolunun 4-cü kilometrliyində, Xaçmaz rayonu Çuxurkörpü adlı ərazidəki Sonalıgöl adlı gölə avtomobil düşüb.
ANS PRESS-in bölgə müxbirinin əldə etdiyi məlumata görə, qəzada həlak olan İlqar Səlimov Xaçmaz rayonu, Üçgül kəndinin sakinidir. Mərhum bir neçə gün imiş ki, yoxa çıxıbmış və ailəsi onun itkin düşməsi barədə rayon polis idarəsinə müraciət edibmiş.
****

ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, gölə düşən “VAZ 21011” markalı avtomobil FHN Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən sudan çıxarılıb. Məlumata görə, avtomobildən İlqar Səlimovun çürümüş meyiti aşkarlanıb.

Hadisənin nə vaxt və hansı şəraitdə baş verdiyi təyin edilən avtotexniki ekspertixanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırmalar davam edir.


Teqlər:  





Xəbər lenti