Hicab taxan kişi baş məşqçiyə cinayət işi açılacaq - FOTOLAR

Hicab taxan kişi baş məşqçiyə cinayət işi açılacaq - FOTOLAR
  30 Noyabr 2017    Oxunub:10437
İranın Qorqan şəhərində 10 komandanın iştirakı ilə keçirilən 5-ci Asiya Qadınlar Kabaddi Çempionatında maraqlı hadisə baş verib.

AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, qadın idmançıların yarışdığı turnirlərə kişilərin girişi qadağan olunduğundan taylandlı məşqçi hicab geyinərək salona "xanım" cildində daxil olub.
Məşqçinin bu hərəkəti aşkar edildikdən sonra, o, salondan uzaqlaşdırılıb. Məlum olub ki, kişi baş məşqçi salona daxil olmaq üçün iki dəfə eyni üsuldan istifadə edib.

İran Kabaddi Federasiyası baş verən hadisə ilə əlaqədar xalqdan üzr istəyib. Eyni zamanda baş məşqçi ilə bağlı cinayət işinin açılacağı bildirilib.

Qeyd edək ki, Kabbadi Asiyada qədim və populyar komanda oyunudur. Bu oyun özündə güləşlə yanaşı, bənövşə və digər bu kimi uşaq oyunlarının xüsusiyyətlərini cəmləşdirir. Kabaddinin vətəni Hindistan hesab olunur. Beynəlxalq səviyyədə ilk yarışma 1985-ci Dəkkədə keçirilib. 1990-cı ildə kabaddi Pekin Asiya Oyunlarının proqramına daxil edildikdən sonra Asiya Oyunlarında əsas idman növlərindən birinə çevrilib. Kabaddi üzrə qadınlar arasında birinci yarış 2010-cu ildə Quançjouda keçirilib.



Oyunun qaydalarına görə, hər biri 12 oyunçudan ibarət (7 oyunçu meydançada, 5 oyunçu ehtiyatda) olan iki komanda, əvvəl orta xətlə iki hissəyə ayrılmış 12,5 m х 10 m ölçülü meydançanın özlərinə aid yarısında qarşı-qarşıya mövqe tutmalıdırlar.

Oyun o zaman başlayır ki, tərəflərdən biri meydançanın orta xəttini keçərək qarşı tərəfin sahəsinə daxil olur və fasiləsiz olaraq "Kabaddi! Kabaddi!" deyə qışqırır. Onun əsas vəzifəsi — nə qədər ki qışqıra bilir — əli ilə, yaxud ayağı ilə rəqib komandanın bir, yaxud bir neçə oyunçusuna toxunmaq və bundan sonra meydançanın orta xəttini keçərək öz komandasına aid hissəyə qaçmaqdır.



Lakin rəqib oyunçuya toxunduqdan sonra nə qədər ki, meydançanın rəqib komandaya aid hissəsindədir, rəqib komanda oyunçlarının onu saxlamaq hüquqları var. Əgər rəqib komanda oyunçları onu saxlaya bilərsə, rəqib komandanın oyunçularından biri onun komandasının sahəsinə "hücum" etmək hüququ qazanır.



Oyun o vaxta qədər davam edir ki, mübarizə edən komandalardan biri bütün oyunçularının hamısını itirir, yəni bütün oyunçular ikinci komandanın oyunçuları tərəfindən saxlanılaraq oyundan çıxırılmış olur.



Kənan Məmmədov
AzVision.az


Teqlər: Kabbadi   İran  





Xəbər lenti