Türkiyədən Rza Zərrab açıqlaması: Hədəf Ərdoğandır

Türkiyədən Rza Zərrab açıqlaması: Hədəf Ərdoğandır
  30 Noyabr 2017    Oxunub:1716
“Rza Zərrab üzləşdiyi təzyiqlərə görə etirafçı olub”.
AzVision.az-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş nazirinin müavini Bəkir Bozdağ bildirib.

“ABŞ-da Rza Zərrabla bağlı məhkəmə prosesi başlayır. Rza Zərrab təzyiqlə etirafçı olub. Eyni zamanda Türkiyənin ana müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlu prezidenti, yaxınlarını, ailəsini qaralayan kampaniya başladıb. Bu kampaniya Nyu-Yorkda da aparılır. İkisinin də hədəfində Türkiyə, prezident Rəcəb Tayyib Ərdoğan var. Onlar Kılıçdaroğlu kimi kukla lider istəyirlər”, - Bozdağ bildirib.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Rza-Zərrab   Bəkir-Bozdağ  





Xəbər lenti