İrandan Ermənistana tələb: Araz çayını zəhərləməyin!
İran parlamentinin deputatları Ermənistan tərəfindən Araz çayının çirkləndirilməsini narahatlıqla qarşılayıb və hökumətdən bunun qarşısının alınmasını tələb ediblər.
Qeyd edək ki, İranın Araz çayı boyunca əraziləri münbit torpaqlardır. Burada əkinçilik geniş inkişaf edib. Yerli fermerlər suvarma suyunu məhz Araz çayından götürürlər. Çayın suyunun isə Ermənistan tərəfindən zəhərli maddələrlə çirkləndirilməsi nəinki məhsuldarlığı dəfələrlə aşağı salır, eyni zamanda, əhali arasında onkoloji xəstəliklərin artmasına səbəb olur.
İran parlamentində Ermənistanın Araz çayını zəhərləməsi haqqında müzakirələrin aparılması birinci dəfə deyil. Ötən il də bir qrup deputat hökumətdən çayın çirkləndirilməsi ilə əlaqədar Ermənistana ciddi xəbərdarlıq olunmasını tələb edib. (AzərTAc)
AzVision.az
Teqlər: İran Azərbaycan Araz