Trampın “Twitter” hesabını Bəxtiyar bağlayıbmış

Trampın “Twitter” hesabını Bəxtiyar bağlayıbmış
  30 Noyabr 2017    Oxunub:2412
Bir müddət öncə ABŞ prezidenti Donald Trampın “Twitter” hesabını 11 dəqiqə bağlı saxlayan şəxsin kimliyi bəlli olub.
AzVision.az-ın məlumatına görə, bu şəxs türk əsilli, Almaniya vətəndaşı Bəxtiyar Duysakdır. Adı çəkilən şəxs “Twitter”də çalışırmış.

Tələbə vizası ilə ABŞ-da olduğunu qeyd edən Bəxtiyar “Twitter”də müştəri xidmətləri bölməsində işlədiyini açıqlayıb: “Üzərimdə təzyiq hiss edirdim. Ona görə artıq mətbuatdan uzaq gəzmək istəmədim. Bəli, Donald Trampın “Twitter” hesabını mən bağlamışam”.

O, bu hadisədən sonra özünü Pablo Eskobar kimi hiss etdiyini deyib: “Səhv hərəkət etmədiyimi düşünürəm. Trampın hesabını qəsdən bağlamamışam. Ona görə peşiman deyiləm. Çünki, bu sırf texniki xəta olub. Ancaq, bu hadisənin dünya miqyasında müzakirə olunmasından sonra özümü Pablo Eskobar kimi hiss edirəm”.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Tramp  





Xəbər lenti