“Bakıda maşın sürmək əyləncəlidir” - Rikkardo
O, ötən gün Azərbaycan mətbəxinin incilərindən daddığını deyib. Pilot, həmçinin Bakıya səfəri zamanı qələbə qazandığı trekdə gəzintiyə çıxıb.
"Bakı trası eniş-yoxuşludur. Ona görə də bir səhv sizi yarışdan kənarlaşdıra bilər. Bakıda "Formula-1" maşınlarını sürmək olduqca əyləncəlidir. Bakı trasında ehtiyatı, ayıq-sayıqlığı itirməməlisiniz. Bakı trasının ən xoşuma gələn tərəflərindən biri də burada təkərlərin çox yanmamasıdır. Əminəm ki, 2018-ci il şəxsən mənim və komandam üçün daha yaxşı olacaq",
Daniel Rikkardo, eyni zamanda "Formula-1"in yeni logosuna münasibət bildirib: "Əslində, ilk dəfə bunu görəndə heç gülmədim. Lakin heç də hamı dəyişiklikləri sevmir".
Eldar Tanrıverdiyev
Teqlər: F1