Birləşmiş Ərəb Əmirliklərində “Şəhid günü”

Birləşmiş Ərəb Əmirliklərində “Şəhid günü”
  30 Noyabr 2017    Oxunub:1422
Birləşmiş Ərəb Əmirlikləri dövlət və xalq olaraq “Şəhid günü”-nü qürur və iftixar günü kimi qeyd edir. Günahsız şəhidlər Vətənin bayrağını yüksəklərə qaldırmaq, Vətən torpağında sülh və əmin-amanlığın bərqərar olması üçün həyatlarını qurban verərək əlçatmaz məqama yüksəliblər.
Dövlət başçısı Əla-həzrət Xəlifə ibn Zəid Əli Nəhyanın göstərişi ilə 30 noyabr tarixi hər il BƏƏ-də “Şəhid günü” kimi qeyd olunur. Əbu-Dabi taxt-tacının vəliəhdi və silahlı qüvvələrin baş komandanının müavini Əla-həzrət Şeyx Məhəmməd ibn Zəid Əli Nəhyanın göstərişlərinə əsasən Əbu-Dabidəki vəliəhdin divanında şəhid ailələrinin işləri üzrə ofisdə BƏƏ-də mövcud olan bütün rəsmi dairələrlə əməkdaşlıq çərçivəsində bütün şəhidlər mütəmadi şəkildə anılacaq və onların ailələri şərəfləndiriləcəkdir.

“Şəhid günü” BƏƏ-də həyatlarını vətən uğurunda qurban vermiş mərd vətən oğullarının şanlı həyat yolunun bir daha xatırlanması, şəhid ailələrinə dəstək, şəhidlərin xatirəsini əbədiləşdirmək kimi mənəvi-əxlaqi hissləri əhatə etməklə yanaşı, həm də vətən övladlarının qəhrəmanlıq səlnamələrini bir daha dilə gətirmək üçün minbər rolunu oynayır.

Bu il noyabr ayında keçiriləcək “Şəhid günü” kompaniyası bir çox proqram və təşəbbüsləri əhatə edərək aşağıdakı mövzular üzrə keçiriləcək:
Fəxr və qürur: Öz həyatlarını Vətən uğurunda qurban verən şəhidlərin qəhrəmanlğından doğan fəxr və qürur hisslərinin vətəndaşların qəlbində daha da möhkəmləndirilməsi məqsədi daşıyır

Şəhidlərin xatirəsinin əbədiləşməsi: Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların adidə-xatirə komplekslərinin inşası bu kompaniyada prioritet məsələ olmaqla yanaşı, həm də bu günü qeyd etmək mədəniyyətini formalaşdıracaq.

Milli birlik: Cəmiyyətin bütün üzvləri arasında birlik və həmrəylik hisslərinin möhkəmlənməsinə həsr edilən bu kompaniya milli birlik dəyərlərinin qəlblərdə daha geniş şəkildə kök salmasına xidmət edəcək .

Vətən uğurunda həyatını qurban vermək dəyərlərinin möhkəmlənməsi: Bu kompaniya milli gün olaraq dəyərləndirilən “Şəhid günü”-nü qeyd etmək dəyərlərinin möhkəmlənməsi məqsədi daşıyır. Şəhidlər müəyyən bir hadisə ilə və ya şəxslərlə əlaqədar olaraq xatırlanmamalıdr, əksinə onların şanlı həyat yolu həmişəlik könüllərdə məskən salmalıdır.

Bu sənəddə mövcud olan mesaj BƏƏ-nin xalq və dövlət olaraq Silahlı Qüvvələri,Daxili İşlər Nazirliyi təhlükəsizlik xidməti və mülki müdafiə sahəsində çalışan mənsubları ilə fəxr etdiyini və bu ölkədə yaşayan və işləyən hər kəsin təhlükəsizliyi naminə həyatını qurban verən şəhidləri ilə qürur duymasını təcəssüm etdirir.

“Şəhid günü”...Şərəf meydanlarında canlarını Vətən torpağı naminə qurban verən şəhidlərlə fəxr etmə və onların şanlı həyat yolundan qürur duymaq günüdür.

Vətənə sadiq qalaraq həyatlarını fəda edən ata-babaların qəhrəmanlıq dolu irsinin BƏƏ-nin indiki övladları tərəfindən davam etdirilməsinin nəzərə çatdırılması

Bu günü qeyd edən BƏƏ xalq və dövlət rəhbərliyi arasında böyük birlik dönəmini yaşayır

Şəhidlər gələcək nəsil üçün əsl örnək məktəbi və Vətəni sevməyin ən gözəl nümunəsidir

“Şəhid günü”şəhid anasının, atasının və ailəsinin rolunu və onların yüksək mənəvi dəyərlərinin ön plana çıxarılmasının nə qədər önəmli olduğunu bir daha vurğuladı.

Çətinliklər BƏƏ vətəndaşlarını birliyə, möhkəm olmağa və hökumət ətrafında sıx birləşməyə çağırır.

“Şəhid günü” xarici ambisiyalardan ölkəni qoruyan vətən övladlarına son dərəcə xüsusi diqqət və qayğının göstərilməsini diqqət mərkəzində saxlayır.
Dövlətin və ümumilikdə xalqın şəhid ailələrinə böyük qayğısı lazımınca işıqlandırılmalıdır.

Şəhidlərin adidə-xatirə komleksi xalqın qürur yeri olaraq onların xatirəsini əbədiləşdirir

Şəhidlərin abidə-xatirə kompleksi xalqın tarixinin canlı nümunəsidir. Bu kompleks bir ilhamlandırıcı mayak kimi gələcək nəsillər üçün örnək məktəbidir.
Şəhidlərin abidə-xatirə kompleksi - BƏƏ vətəndaşlarının qəlblərini birləşdirməklə onların şərəf və iftixarını ehtiva edərək rəhbərlik ətrafında sıx birləşməsini ifadə edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: BƏƏ  





Xəbər lenti