Azərbaycanlının tərcümə etdiyi Quran qadağan edildi
Müqəddəs kitab olan Quranın tərcüməsini ekstrimist ədəbiyyat kimi qiymətləndirməklə kifayətlənməyən məhkəmə bir ay ərzində bütün bu tərcümələrin toplanıb yox edilməsini barədə qərar verib.
Məhkəmənin bu qərarı isə Quranın tərcüməsinin insanların bir qismini inanclarına görə başqalarından üstün tutması ilə əsaslandırılır.
Novorossiysk məhkəməsinin qərarına etiraz edən Rusiya Müftülər Şurası ölkə prezidenti Vladimir Putinə məktub göndəriblər. Onlar məhkəmə qərarının ləğv edilmesini tələb edib, əks halda ölkədə iğtişaşlar yarana biləcəyini deyiblər. Onlar tərcümə kitablarının yox edilməsinin təhlükəli nəticələrə yol aça biləcəyini qeyd ediblər. Müsəlman liderlər məhkəmə qərarına qarşı bütün müsəlmanları birləşməyə səsləyiblər.
AzVision.az
Teqlər: