Moskvada Xəzərin hüquqi statusu müzakirə edilir

Moskvada Xəzərin hüquqi statusu müzakirə edilir
  30 Noyabr 2017    Oxunub:1371
Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi işçi qrupun növbədənkənar iclası başlayıb.
Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, iclas dekabrın 1-də işini davam etdirəcək. Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılığı ilə nümayəndə heyəti təmsil edir.

AzVision.az


Teqlər: Rusiya   Xəzər  





Xəbər lenti