Gürcü baş nazirin İrəvana səfəri təxirə salındı

Gürcü baş nazirin İrəvana səfəri təxirə salındı
  30 Noyabr 2017    Oxunub:1238
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Ermənistana planlaşdırılan rəsmi səfəri təxirə salınıb.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.

Bildirilib ki, baş nazirin İrəvana səfəri Gürcüstan parlamentinin hökumətin yenilənmiş tərkibini təsdiq etməsindən sonra baş tutacaq.

Qeyd edək ki, Kvirikaşvilinin Ermənistana səfəri dekabrın 1-nə planlaşdırılmışdı.

AzVision.az


Teqlər: Gürcüstan   İrəvan   Səfər  





Xəbər lenti