FİFA-nın sabiq vitse-prezidenti həbs edilib

FİFA-nın sabiq vitse-prezidenti həbs edilib
  01 Dekabr 2017    Oxunub:1162
Beynəlxalq Futbol Federasiyasının (FİFA) sabiq vitse-prezidenti Reynald Temarii həbs edilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş vitse-prezident 2018 və 2022-ci il Dünya Çempionatlarına ev sahibliyi ilə bağlı seçkilərdə korrupsiyaya yol verməkdə şübhəli bilinib.

Temariinin Asia Futbol Konfederasiyasının sabiq rəhbəri Məhəmməd bin Həmmamdan 305 min avro rüşvət aldığını iddia edilir.

Qed edək ki, Temarii 2010-cu ildə korrupsiyada şübhəli bilinərək futbol fəaliyyətindən kənarlaşdırılıb.

AzVision.az


Teqlər: FİFA  





Xəbər lenti