Məmmədyarov həmsədrlərlə görüşdü

Məmmədyarov həmsədrlərlə görüşdü
  03 Mart 2013    Oxunub:1340
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.
Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Yan Kelli, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi ətrafındakı vəziyyətlə əlaqədar narahatçılıq ifadə edilib. Həmsədrlər regiondakı status-kvonun qəbulolunmaz olduğunu bir daha vurğulayıblar. Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həllinə mane olduğunu qeyd edərək, sülh prosesinin irəliləməsi və bütün regionda sülh və sabitliyin bərqərar olunmasına zəmin yaradılması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasının zəruri olduğunu vurğulayıb.


Teqlər:  





Xəbər lenti