AFFA yeni kampaniyaya başladı

  23 Sentyabr 2013    Oxunub : 755
AFFA yeni kampaniyaya başladı
AFFA bilet satışında yeni kampaniyaya başlayıb.
Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası son iki oyununu - oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə “Bakcell Arena”da keçirəcək.

AzVision.az verir ki, bunu nəzərə alan AFFA bilet satışında yeni kampaniyaya başlayıb. Biletlərin müəyyən hissəsi güzəştli şərtlərlə olacaq və iki oyuna bir bilet satılacaq. Bu kampaniyadan faydalanmaq istəyən azarkeşlər sektorundan asılı olaraq 10 və 12 manata 2 oyun üçün (Azərbaycan - Şimali İrlandiya və Azərbaycan - Rusiya) bilet əldə etmək hüququ qazanacaqlar. Biletlərin qalan hissəsi isə hər oyun üçün ayrılıqda satılacaqdır.
Biletləri “Bakcell Arena”nın kassalarından, “Park Bulvar” ticarət və əyləncə, “28 MaII” ticarət mərkəzlərindən almaq mümkündür.

Teqlər: