Azərbaycanı pisləyən hollandiyalı Piter ifşa olundu

  01 Dekabr 2017    Oxunub : 1047
Azərbaycanı pisləyən hollandiyalı Piter ifşa olundu

Niderland mətbuatında Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən siyasətçi Piter Omtzixt barəsində ifşaedici məlumatlar yayılıb.

AzVision.az xəbər verir ki, məlumat Ukraynanın Donbas səmasında Malayziyanın “Boeing MH117” sərnişin təyyarəsinin vurulmasını araşdıran beynəlxalq istintaq qrupu ilə əlaqədardır. Konkret desək, Omtzixt hələ ötən ilin əvvəlində “MH117” sərnişin təyyarəsinin vurulması ilə bağlı keçirilən qapalı dinləmələr zamanı bildirmişdi ki, guya təyyarəni yalnız Ukrayna tərəfi vura bilərdi. Aydın məsələdir ki, bu məlumatlar tam mənasızlığı ilə gündəmə gəlmişdi.

Məlumata görə, o, şəxsən “fəlakət qurbanı” olan rusiyameylli “şahid”i təlimatlandırıb ki, həlak olanların qohumlarına və jurnalistlərə istədiklərini danışsın. Bu barədə “NRC Handelsblat” mətbu orqanı məlumat yayıb. Belə ki, KİV-in əlinə Omtzixtlə nideralandlı Yerun van Riysberqenin yazışması keçib. Yerun van Riysberq hadisə ilə bağlı “Aleksandr” adlı şahidi ölkəyə gətirən şəxsdir. “Aleksandr” qəzada həlak olanların qohumları ilə 2017-cu ilin may ayında Amsterdamdakı universitetdə görüşüb. Görüş zamanı bildirib ki, “Boeing”-in qəzası zamanı havada başqa təyyarə olub. Bu sözlər beynəlxalq komissiyanın hesabatı ilə ziddiyyət təşkil edib.

Jurnalistlərin araşdırmasına görə, Aleksandra danışacağı mətni qəzanı hobbi kimi araşdıran 34 yaşlı Yerun van Riysberqen ötürüb. Belə ki, görüş başlayan kimi Omtzixt Riysberqe ukraynalı şahidin deyəcəkləri sözləri özündə əks etdirən mesaj göndərib. Lakin siyasətçinin planları iflasa uğrayıb. Məlum olub ki, o, heç vaxt Malayziya “Boeing”nin qəzasını görə bilməzdi. Çünki həmin vaxt onun evində təkcə arvadı olub.

Maraqlı məqam odur ki, Omtizxt artıq öz günahını etiraf edib. O, etdiyi hərəkətdən təəssüfləndiyini və düzgün addım atmadığını bildirib. Bu həmin Piterdir ki, Azərbaycan əleyhinə hər zamanı qərəzli və ermənipərəst mövqe sərgiləyib. Göründüyü ki, AntiAzərbaycançı Qərb siyasətçilərinin gerçək simaları zaman-zaman üzə çıxır, onların necə yalançı və saxtakar olduqları ifşa edilir.

Qeyd edilən olay bizə Qərbin, xüsusilə də Niderlandın nə qədər “ədalətli” olduğunu göstərir. Bu hadisə ölkəmizi tənqid edənlərin həqiqətən yalançı və saxtakar olduğunu açıq-aydın sübut edir. Onlar özlərini “ikili standartlar” normalarının müdafiə etdiyi şəxslər kimi hiss edirlər. Yalan və riakarlıq etməkdən çəkinmir, vicdan və prinsipləri ilə alver edirlər.

AzVision.az

Teqlər: Niderland   Siyasətçi