Qarabağda yaralanan erməni əsgər ölüm ayağındadır

Qarabağda yaralanan erməni əsgər ölüm ayağındadır
  01 Dekabr 2017    Oxunub:1662
Qarabağda mina partlaması nəticəsində yaralanan erməni hərbi qulluqçunun vəziyyəti ağırdır.
AzVision.az Ordu.az-a istinadən xəbər verir ki, 19 yaşlı İrəvan sakini Narek Hoveyan Mərkəzi Klinik Hərbi hospitalın reanimasiya şöbəsinə yerləşdirilib. Yaralı erməni əsgəri əməliyyat edilsə də, vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, noyabrın 21-də saat 18:35 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş postunda erməni hərbçilər Qeğam Koryun Zakaryan (1995-ci il təvəllüdlü), Sarkis Qurqen Abrahamyan (1998-ci il təvəllüdlü) və Sarkis Mher Melikyan (1997-ci il təvəllüdlü) mina partlaması nəticəsində ölüb, 1998-ci il təvəllüdlü Narek Hayki Hoveyan isə ağır yaralanıb.

AzVision.az


Teqlər: Qarabağ   Mina  





Xəbər lenti