Merkel qalib oldu
Almaniya bundestaqına seçkidə Merkelin partiya 41,5% səs toplayıb.
Bu nəticə Şərqi və Qərbi Almaniyanın birləşməsindən sonra ən yüksək göstəricidir.
Lakin bu səslər XDP-yə parlamenti təkbaşına iqtidar üçün kifayət etmir. Hökuməti formalaşdırmaq üçün Merkel digər güclərlə koalisiyaya girməli olacaq.
Merkelin əsas rəqibi olan Sosial-Demokrat Partiyası (SDP) isə seçicilərin 25,7 fazinin səsini qazana bilib. Bu partiyadan kansler postu uğrunda Peer Ştaynbryuk mübarizə aparıb.