Aİ rəsmisi Sarkisyanla Qarabağı müzakirə edib

Aİ rəsmisi Sarkisyanla Qarabağı müzakirə edib
  02 Dekabr 2017    Oxunub:1887
İrəvanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarı Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlər müzakirə olunub.

Toyvo Klaar münaqişənin sülh yolu ilə həllinə töhfə vermək üçün çalışacağını deyib. Bildirib ki, onun əsas vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində ATƏT-in Minsk qrupu həmsədrləri ilə qarşılıqlı fəaliyyət göstərməkdir.

AzVision.az


Teqlər:   Ermənistan   Sarkisyan   Qarabağ  





Xəbər lenti