Rusiyada yüzdən çox aviareys təxirə salınıb

Rusiyada yüzdən çox aviareys təxirə salınıb
  02 Dekabr 2017    Oxunub:1504
Rusiyada qeyri-sabit hava şəraiti ilə əlaqədar 100-dən çox təyyarə reysi təxirə salınıb.
Rusiya KİV-lərinin məlumatına görə, sinoptiklər Moskvada güclü külək və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Əlverişsiz hava şəraitinə görə "Domodedovo" aeroportunda 21, "Şeremetyevo"da 77, "Vnukovo"da isə 5 uçuş təxirə salınıb, 3-ü isə ləğv edilib. "Şeremetyevo" hava limanında 35 uçuş ləğv edilib.

AzVision.az


Teqlər: Rusiya  





Xəbər lenti