Rusiya Suriyaya qoşun göndərir

Rusiya Suriyaya qoşun göndərir
  23 Sentyabr 2013    Oxunub:1254
Rusiya Suriyanın kimyəvi silah arsenalını daşımaq üçün qoşun təklif edib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Suriyanın kimyəvi silah arsenalını ölkədən çıxarmaq üçün hərbi heyət verə bilər. Lavrovun sözlərinə görə Rusiya Suriyanın kimyəvi silahını ABŞ-la bağlanan razılığa əsasən məhv edəcək.

Yerli televiziyaya müsahibəsində Lavrov ABŞ, Britaniya və Fransanı Suriya rejiminə qarşı obyektiv olmamaqda ittiham edib. Ərəb ölkələri və Türkiyə kimyəvi silahın daşınması zamanı monitorinq qrupunda olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti