Dövlət klinikaları pullu olmayacaq
Millət vəkili bildirib ki, universitet xəstəxanaları publik hüquqi şəxsə çevriləcəklər: “Xəstəxanaların publik hüquqi şəxsə çevrilmələri prosesi davam edir. Tibb Universitetinin Terapevtik və Cərrahiyə korpusları artıq publik hüquqi şəxs statusu alıblar. Rayonlardakı diaqnostik mərkəzlər də eyni statusa malik olacaqlar. Həmin xəstəxanalar artıq dövlət büdcəsindən ayrılmalar olmadan öz büdcələrini formalaşdıracaqlar”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Musa-Quliyev Klinika