Ərdoğan müxalifət liderindən 1,5 milyon tələb edir

Ərdoğan müxalifət liderindən 1,5 milyon tələb edir
  02 Dekabr 2017    Oxunub:2448
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna qarşı 1 milyon 500 min türk lirəsi dəyərində mənəvi təzminat davası açıb.
AzVision.az “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, təzminat davası Kamal Kılıçdaroğlunun Ərdoğan və onun ailəsi barədə səsləndirdiyi ifadələrlə bağlıdır.

Ərdoğanın vəkilləri Kılıçdaroğlu barəsindəki iddiada dəymiş mənəvi zərərə görə prezident adına 500 min lirə, digər 5 müvəkkil üçün isə 200 min lirə mənəvi təzminat tələb ediblər.

Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının lideri (CHP) Kamal Kılıçdaroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı korrupsiyada ittiham edib və onun xarici bankda hesabının olduğunu deyib.

AzVision.az


Teqlər: Ərdoğan   Türkiyə   CHP  





Xəbər lenti