Məktəb psixoloqları üçün təlimlər keçirilib

Məktəb psixoloqları üçün təlimlər keçirilib
  02 Dekabr 2017    Oxunub:2016
Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsində qalib gələn layihələrdən biri “Məktəb psixoloqlarının praktik biliklərinin artırılması və tətbiqi istiqamətində maarifləndirmə işinin təşkili” layihəsidir.
Layihənin rəhbəri 38 saylı orta məktəbin psixoloqu Jalə Məmmədovadır. Layihənin əsas məqsədi region orta məktəb psixoloqlarının praktiki bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaqdır.

Layihə çərçivəsində 3 regionda seminarlar keçirilib. Ilk olaraq Mingəçevir şəhərində təlim-seminar baş tutub. Seminara Yevlax və Agdamdan da psixoloqlar qatılıblar. İkinci görüş Ucar rayon psixoloqları ilə keçirilib. Seminarlarin ilk iki günü psixoloqlara müxtəlif yaş dövrlərində uşaqlarda rast gəlinən davranış pozuntuları, nitq qüsurları və inkişaf ləngimələri haqda məlumatlar verilib. Məktəb şəraitində belə şagirdlərlə necə işləmək lazım olduğu ilə bağlı diskusiyalar aparılıb.

Bundan başqa, mövzu ilə bağlı film nümayiş olunub, qrup çalışması həyata keçirilib və yeni fikirlər müzakirə olunub. Seminarın 3cü günü isə Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə və Ucar şəhər 3 saylı tam orta məktəbdə valideynlər və şagirdlərin iştirakı ilə praktiki hissə təşkil olunub. Bu görüşlərdə valideynlərin narahatlıqları dinlənildivə onlara proqramlı şəkildə ev şəraitində uşaqla necə işləməklə bağlı müəyyən istiqamətlər verilib. Sonda bütün iştirakçı psixoloqlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilib. Layihənin müddəti 3 aydır.



Teqlər:





Xəbər lenti