Gürcüstanda azərbaycanlı cinayətkar dəstə üzvləri tutuldu

  02 Dekabr 2017    Oxunub : 999
Gürcüstanda azərbaycanlı cinayətkar dəstə üzvləri tutuldu

Gürcüstanda Tercola bələdiyyəsinin Broliskedi kəndində cinayətkar qruplaşmanın iki üzvü saxlanılıb.

Gürcüstan DİN-in məlumatına görə, həmin şəxslər 1988 və 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır.

İstintaqla müəyyən olunub ki, hər iki şəxsin olduğu beş nəfərlik qruplaşma dekabrın 1-də Tbilisidən Batumi istiqamətində maşınla gedən iki vətəndaşa odlu silahla hücum ediblər.

Cinayətkar qruplaşmanın üzvləri vətəndaşlardan 140 min dollar, mobil telefonlar və şəxsi əşyaları hədə-qorxu gələrək alıblar. Hadisədən sonra cinayətkarlar hadisə yerindən qaçıblar.

Gürcüstan DİN soyğunçuları "isti izlər"lə tapıb. Polis onlardan oğurlanmış pulun bir hissəsini müsadirə edib. DİN cinayətkar qruplaşmanın bütün üzvlərinin şəxsiyyətini müəyyən edib. Qruplaşmanın üzvləri aasında 2 "qanuni oğru" olmaqla üç Gürcüstan vətəndaşı da var. DİN qruplaşmanın bütün üzvlərinin saxlanılması istiqamətində tədbirlər həyata keçirir.

Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsləri 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. (APA)

AzVision.az

Teqlər: Gürcüstan