Növbəti SAT imtahanları keçirilib

Növbəti SAT imtahanları keçirilib
  02 Dekabr 2017    Oxunub:2210
Dekabrın 2-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanları (SAT, SAT Subject and SAT with Essay ) keçirilib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, mərkəzin inzibati binasında təşkil olunan imtahanlarda 29 nəfər iştirak edib.

İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Nəticələrin dekabrın 21-dək elan olunması gözlənilir. İmtahan nəticələri ilə https://studentscores.collegeboard.org/home səhifəsində tanış olmaq mümkündür.

Qeyd edək ki, SAT (Scholastic Aptitude Test – Akademik Qiymətləndirmə Testi) imtahanları ABŞ-da bakalavriat pilləsində təhsil almaq istəyən amerikalı və xarici vətəndaşlar üçün keçirilən imtahan kimi yaranıb və daha sonra digər ölkələr də bu imtahandan istifadə edib. Hazırda azərbaycanlı gənclər SAT imtahanı vasitəsilə Türkiyənin nüfuzlu dövlət ali məktəblərinə, ölkəmizdə isə “ADA” Universitetinə qəbul oluna bilərlər.

Azərbaycanda SAT imtahanları DİM tərəfindən 2015-ci ilin yanvarından keçirilir.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti